Törədilmiş cinayətlərin açılması və qarşısının alınması, profilaktik təyinatlı işlərin təşkili məqsədilə cəzaçəkmə müəssisələrindən azad edilmiş, üzərində probasiya nəzarəti həyata keçirilən və ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərin mərkəzləşdirilmiş uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (BƏSİİ) aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.