Fotoşəkil şəhadətnamənin verilən nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Həm də möhürün bir hissəsi fotoşəklin üzərinə, bir hissəsi isə şəhadətnaməyə düşməlidir. Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.