Talanmış, itirilmiş silahlar və mədəni dəyəri olan əşyalar barədə mərkəzləşdirilmiş axtarış uçotunun məlumatlarının Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunda uçota alınması və çıxarılması Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (BƏSİİ) tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Məlumatların mərkəzləşdirilmiş uçotdan çıxarılması üç iş günü ərzində məlumatın uçotunu təmin edən orqan tərəfindən BƏSİİ-yə daxil olmuş əsaslandırılmış məktub əsasında həyata keçirilir.