Sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin nikah müqaviləsinin olması yoxlanılaraq mövcud olduğu halda tələb olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur.