Notarius pul məbləğlərinin və sənədli qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya sənədli qiymətli kağızları ona verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Borclu kreditorun ünvanını göstərmirsə və bu ünvan notariusa məlum deyildirsə, borclu xəbərdar edilir ki, pulun və ya sənədli qiymətli kağızların ödənildiyi barədə kreditora məlumat vermək vəzifəsi borclunun öhdəsində qalır.