Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Notarius müvafiq dilləri bilmədiyi halda sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. Notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir.