Qardaş bacını bıçaqladı

05 İyun 2024, 13:40

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Avşar kəndində qeydə alınıb.

Kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.