Əgər zərf üzərində qeydlərin aparılması üçün kiçikdirsə və ya yararsızdırsa, notarius vəsiyyətnaməni təqdim edən şəxsə zərfi dəyişdirməsini təklif edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Notarius zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.