Respublika Klinik Xəstəxanası köçürülür.
Heftelik.az-ın məlumatına görə, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
V.Qurbanov bildirib ki, Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanası da köçürüləcək.
Onun sözlərinə görə, tibb müəsisəsində əsaslı təmirə ehtiyac var: “Yaxın müddətdə təmir işlərinə başlanılır. Həkimlərimizin vətəndaşlara tibbi xidməti daha keyfiyyətli təmin etmək üçün yeni təmir olunmuş tibb müəssisələrə ehtiyac var.
Ümumilikdə tam olaraq tibb müəssisənin bağlanması haqqında müzakirə getmir. Hissəvi olaraq, korpusların bir-bir təmir olunacağı nəzərdə tutulur”.