Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssislərində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Heftelik.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya  bildirilib ki, bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.