Sorğular elektron rabitə kanalları (teleqram, faks) və ya xüsusi rabitə vasitəsilə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
“Avtomatlaşdırılmış Məlumat Bankı”na (AMB) göndərilən sorğular məlumat-axtarış kartlarında nəzərdə tutulmuş rekvizitlərə uyğun olaraq hazırlanır və aşağıdakı zəruri qeydlər aparılaraq tərtib olunur:
– sorğunun məqsədi;
– sorğu edən tərəfindən tələb olunan məlumatın xarakteri (məsələn: inzibati, kriminal, əməliyyat, profilaktik və s.);
– əməliyyat-axtarış yönümlü məlumatlar, fotorobotlar, habelə müəyyən olunmuş əlamətlər;
– cinayətlərin törədilmə üsulu, cinayət əlaqələri, silsilə və bölgə xüsusiyyətli hadisələr və digər məlumatlar;
-. xarakterik üsulla cinayət törətmiş və ya buna cəhd etmiş şəxslərin xarici görünüşü və ləqəbi;
– açılmamış cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin zahiri görünüşü, davranış xüsusiyyətləri, xüsusi əlamətləri və döymələri (tatuirovkalar) barədə informasiyalar;
– cinayət və ya inzibati hüquqpozma nəticəsində zərərçəkmiş şəxslərin və şahidlərin verdiyi məlumatlar;
– qaçırılmış, talanmış və cinayət törədilməsində istifadə olunmuş nəqliyyat vasitələri və onların xüsusi əlamətləri;
– hadisə yerindən tapılmış maddi sübutlar;
– hadisə yerində aşkar olunmuş naməlum meyitlərin xüsusi əlamətləri;
– sorğu edən orqanın və ya müvafiq struktur qurumunun rəhbərinin və icraçının soyadı, adı, əlaqə telefonu.