Avtomatlaşdırılmış Məlumat Bankının təhlükəsizliyinin necə təmin edildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
AMB-də informasiya təhlükəsizliyi təmin olunmaqla mərkəzləşdirilmiş uçotlarda mövcud olan məlumatların saxlanılması və qorunması məqsədilə aşağıdakılar qadağandır:
– kənar şəxslərin “Avtomatlaşdırılmış Məlumat Bankı”na (AMB) buraxılması, habelə uçot sənədlərinin və məlumatların elektron daşıyıcılarının müvafiq qorunma vasitələri olmayan otaqlarda saxlanılması;
– müvafiq bazalara işlənilən məlumatların təhrif və məhv edilmə halları.