Kredit və elektron pul təşkilatları, bank əməliyyatlarını aparan şəxslərə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyata alınması üçün elektron məlumatın vergi orqanına təqdim edilməməsinə görə hər açılmış hesab üzrə 400 manat məbləğində, habelə vergi orqanında qeydiyyata alınmamış hesablar üzrə və ya bu Məcəllənin 35.2-ci maddəsində müəyyənləşdirilən qeydiyyat bildirişi daxil olanadək məxaric əməliyyatları (dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə büdcədənkənar fondlara məxaric əməliyyatları istisna olmaqla) aparıldığı halda aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.