Depozit məbləğlərinin notariusun hesabında saxlanmasının hansı müddətlərdə məhdudlaşdırıldığı məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Depozit məbləğlərinin notariusun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır:

– fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır;

– mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat cəmiyyətlərinə, qeyri-kommersiya hüquqi şəxslərə və büdcə təşkilatlarına verilməli olan depozit məbləğləri bir il saxlanılır;

– bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göndərildiyi gündən hesablanır;

– büdcə təşkilatlarına verilməli depozit məbləğlərinin bu məbləğləri verildiyi ilin dekabr ayının 31-dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır.