İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Həkimlərin səyinə baxmayaraq, B. Heydərov həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir