Şəhər, rayon və xətt polis orqanları talanmış və qaçırılmış nəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin gündəlik əməliyyat məlumatında yerləşdirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Nəqliyyat vasitəsinin aqreqat nömrələrinə (mühərrik, şassi və ban) əsasən mərkəzləşdirilmiş uçotlarda yoxlanılaraq, axtarışda olması müəyyən edilərsə, bu barədə uçota göndərən orqana və sorğu sahibinə ətraflı məlumat verilir.