Notariusa sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Əgər eyni vaxtda bir neçə sənəd təqdim edilərsə, təsdiq qeydi hər bir sənədə ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə ifadə edilibsə, notarius bu sənədlərdə təsdiq qeydi apararkən onları qaytanlamalı, vərəqlərin sayını göstərməklə imza etməli və şəxsi gerbli möhürünü vurmalıdır.