Sənəddə təsdiq edilən halları təsdiq etmək hüququ yalnız dövlət orqanına məxsus olduqda (məsələn, anadan olma, nikah, ölüm tarixi və s.), şəxsin həmin sənəddəki imzasının həqiqiliyi təsdiq edilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Həmin sənəddəki imzanın həqiqiliyi elə hallarda təsdiq edilə bilər ki, bu sənəd xarici dövlətin məhkəməsinə və ya digər idarəsinə təqdim olunmaq üçün nəzərdə tutulsun. Bank vərəqələrində vəzifəli şəxslərin imzalarının nümunələrini təsdiq edərkən notarius onların imzalarının həqiqiliyini və imza hüququna səlahiyyətini yoxlayır.