Sənaye, yaxud texnologiyalar parklarının rezidenti vergi güzəştlərinin tətbiq olunduğu dövrdə sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu zaman sənaye, yaxud texnologiyalar parklarının rezidenti bu parklardan kənarda göstərdiyi fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.