Penitensiar, Probasiya xidmətləri və polis orqanı tərəfindən tərtib olunmuş məlumat-axtarış kartları (MAK) üç iş günü ərzində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Uçot sənədində nəzərdə tutulmuş rekvizitlərə dair hər hansı bir məlumat mövcud deyilsə, həmin qrafada “yoxdur” sözünün yazılması vacibdir. Şəxslər barəsində əlavə məlumat (anket məlumatlarında, dini radikalizmə, ekstremizmə, terrorçuluğa qoşulması və meyilliliyi, bədən hissələrində hər hansı bir döymələrin, işarələrin və ya xüsusi əlamətlərin əlavə olunması və s.) əldə olunarsa bu barədə üç iş günü ərzində BƏSİİ-yə yazılı məlumat verilir.