Azərbaycanın torpaqlarını azad etdiyi dönəmlərdə onun yanında olan, ona həm maddi, həm də mənəvi səpgidə dəstək göstərən dövlətlər daim Azərbaycanın diqqət mərkəzində olaraq qalacaqdır. Birliyin göstəricisi kimi azad edilmiş torpaqlarda qardaş ölkələrin yardımı ilə bir incəsənət mərkəzi və bir məktəb inşa edilmişdir. Daha sonra Özbəkistan və Qazaxıstan prezidentlərinin iştirakı ilə bu məktəbin açılışı Ağdam rayonunda həyata keçirilmişdir. Daha sonra edilən yardımın arası kəsilməmiş Macarıstan tərəfindən Cəbrayılda yerləşən bir məntəqəmizdə məktəb inşa edilməsi ilə bağlı plan qurulmuşdur. Bütün bunlar buna imkan verir ki, biz sözü açıq şəkildə həm mübarizəni həmdə dostluğu bacaran bir xalqıq. Yeri gələndə sərhəddə cavab verib yeri gələndə ittifaq qurub üstün layihələrdə fərqlənmək bizim adət almış, fərqlənən üstünlüyümüzdür. Xalqın fikrinə, onun dəstəyinə arxalanan xalq olmağımız belə bizi dünya miqyasında fərqləndirən xüsusiyyətlərimizdən biridir.
Bundan əlavə dostluq və ittifaq münasibətlərini siyasi müstəvidə qoruyub saxlamaq, onu illər uzunu davam etdirmək üçün irəli sürülən siyasi liderin düşüncəsi, traktatı da çox önəmlidir. Siyasi baxışları ölkəsini abadlaşdırıb, onu zənginləşdirmək yönündə olan bir dövlət başçısı daim həm özü həm də üstündə əmək xərclədiyi dövləti ilə fərqlənəcək. Və bunun bir nömrəli nümunəsi bizim dövlətimiz və Prezidentimiz İlham Əliyevdir.!
Nərmin Xanbutayeva
Nəsimi Rayon gənci