Hər bir insanın bir ailəsi vardır, hansı ki, bu ailəyə sıx bağlı olur. Sevinci, sevinci, uğuru uğuru, kədəri kədəri olur. Həmin ailəyə sıx bağlı olur, ondan başqa ailəsi olmur. Bizimdə ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Azərbaycan xalqı daima yanında olub, dəstək verən dövlətləri, xalqları unutmur. Daima onları nəzərlərində saxlayırlar. Sözügedən bu fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi  daha da gücləndirir. Birliyimizi sarsılmaz, qüvvətli edir. Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Dövlət başçımız TÜRKPA- ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə demişdir ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız  gündən-günə çiçəklənir.

Qardaş ölkəmizin yardımı ilə bir çox layihələrimiz baş tutmuşdur. Bu gün güclü iqtisadiyyatı, qüdrətli ordusu ilə Türkiyə Respublikası beynəlxalq aləmdə söz sahibi ölkələrdən biridir. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar.

Azərbaycan – Türkiyə əlaqələri davamlıdır. Əzəli və  əbədi Azərbaycan – Türkiyə qardaşlığı sarsılmazdır. Xalqlarımız arasındakı saf, səmimi münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr edirəm. Bizim dostluğumuz sarsılmazdır və hamımız bunu qorumalıyıq. Ölkəmiz, Prezidentimizlə fəxr edirik.

 

Nazənin Dadaşova

Nəsimi rayon könüllüsü