Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsi və burada aparılan çoxtərəfli danışıqlar sözün əsl mənasında xüsusi tarixi əhəmiyyət kəsb edir.

Cənab İlham Əliyevin ilk sözlərindən etibarən – “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” deməsi danışıqların necədə prioritet olmasından xəbər verir. Eləcə də görüş zamanı Zirvə görüşünün Şuşada keçirilməsini və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərlər etmələrini cənab İlham Əliyevin qeyd etməsi böyük rəmzi məna daşıyır. Həmçinin bildirim ki, Türkiyə Prezidenti – Rəcəb Tayyib Erdoğan, Özbəkistan Prezidenti –  Şavkat Mirzoyev, Qazaxıstan Prezidenti – Kasım Jomart Tokayev, Qırğızıstan Prezidenti – Sadır Caparov Ağdama və Füzuliyə səfər etmişdir. Şəksiz ki, bu təşəbbüs işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da vurğulamaq lazımdır ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə İlham Əliyev Ağdam rayonunda qoyub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha Türk Dövlətlərinin birliyini və bərabərliyini özündə təcəssüm edir.

Həmçinin bu il TÜRKPA-ya Azərbaycanın sədrlik etməsi göstərilən diqqət və etimadın əsaslı nümunəsidir. Bu uğurun müəllifi Ümummilli Liderimiz Heydər Əliyev, layiqli davamçısı isə İlham Əliyevdir. Məqalənin adında da qeyd olunduğu kimi Türk dünyasının birliyi konsepsiyası Heydər Əliyevdən İlham Əliyevə ötürülən uzaqgörən və müdrik siyasətin göstəricisidir.

Son sözlərimi Ümummilli Liderimizin dəyərli fikirləri ilə tamamlamaq istəyirəm: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

 

Sənan Hüseynov

Nəsimi rayon gənci, ADNSU II kurs tələbəsi