Akt əsasında notarius alıcıya, hərrac baş tutmayıbsa – tələbkara şəhadətnamə verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Şəhadətnamədə:

– şəhadətnaməni verən notariusun soyadı, adı, atasının adı, vəzifəsi, şəhadətnamənin verilmə tarixi;

– alıcının (tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri;

– yaşayış evinin ünvanı;

– şəhadətnamənin hansı akt əsasında verilməsi barədə məlumat göstərilməlidir.