Almaniyanın Hamburq torpağının (ştat-red.) parlamentinin deputatı Olqa Petersen 4 uşağını da götürərək Rusiyaya qaçıb.
Heftelik.az-ın məlumatına görə, deputat mətbuata qarşı zorakılıqdan şikayətlənir və hakimiyyətin uşaqları ailədən uzaqlaşdırmağa çalışacağından qorxur.
Rusiyada artıq radikal sağ “Almaniya üçün Alternativ” Partiyasın üzvü olan Olqa Petersenə sənədləşməyə və işlə təmin olunacağına dair vəd verilib. Deputat məktəblərdə cinsi təhsil və ekoloji gündəmə qarşı çıxıb, həmçinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərini demokratik və azad adlandırıb.
Almaniyanın “Bild” qəzeti isə 41 yaşlı Olqa Petersenin övladlarının gələcəyindən və “Putinə heyranlığına görə” təqiblərdən qorxaraq ölkədən qaçdığını yazıb.