“Avtomatlaşdırılmış Məlumat Bankı” (AMB) üzrə uçot sənədləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
AMB üzrə uçot sənədləri aşağıdakılardır:
– cinayət və şəxslər barədə məlumat-axtarış kartı (bundan sonra – MAK, 1 nömrəli əlavə);
– inzibati qaydada həbs edilmiş şəxslərə dair məlumat-axtarış kartı (bundan sonra – MAK-İnzibati, 2 nömrəli əlavə);
– cəzaçəkmə müəssisələrindən azad olunaraq yaşayış yeri üzrə qeydiyyata alınan şəxslər barədə məlumat (3 nömrəli əlavə);
– talanmış, itirilmiş və aşkar edilmiş odlu silah və döyüş sursatlarına dair məlumat-axtarış kartı (bundan sonra – MAK-S, 4 nömrəli əlavə);
– talanmış və qaçırılmış olan nəqliyyat vasitələrinə dair məlumat-axtarış kartı (bundan sonra- MAK-N, 5 nömrəli əlavə);
– talanmış və aşkar edilmiş nömrəli sənədlərə və əşyalara dair məlumat-axtarış kartı (bundan sonra – MAK-Ə, 6 nömrəli əlavə);
– talanmış, itirilmiş və ya aşkar edilmiş xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyalara və ya sənədlərə dair məlumat-axtarış kartı (bundan sonra – MAK-İ, 7 nömrəli əlavə).