Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən diplomatik mənbələr bildirib.
Məlumata əsasən, Hakan Fidanla Ceyhun Bayramovun telefon danışığı zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb. Hakan Fidan isə Moskvada səfərdədir.