Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini başqa şəxslərə, idarələrə, müəssisələr və təşkilatlara verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərtilə poçt vasitəsilə və ya imza etdirmək şərtilə şəxsən verilir. Göndərilən şəxsin elektron poçt ünvanı məlum olduqda, ərizəçinin xahişi ilə onun notariat qaydasında təsdiq edilmiş ərizəsi skan edilərək göndərilə bilər.