Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə  təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bu halda təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.