Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə düşüb.

Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.