Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hərbçinin nəşi Tərtər rayonunun İsmayılbəyli kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada hərbçi ilə vida mərasimi keçirilib.
Baxış Baxışlı Tərtərin İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.