Mərkəzləşdirilmiş uçot istehsalçı-müəssisə tərəfindən verilmiş fərdi nömrəsi olan və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli Q21-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”a əsasən icazə sistemində qeydiyyatdan keçən talanmış, itirilmiş, aşkar edilmiş (könüllü təhvil verilmiş, tapılmış), silah və döyüş sursatlarının axtarışının təmin edilməsi, onların istifadəsilə törədilmiş cinayətlərin açılması məqsədilə “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.