Müsabiqənin və müsahibənin keçirilməsi və namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin aparatında yaradılan Komissiya üzvlərinin vəzifələri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
– komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
– komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
– komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
– komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.