Axtarılan nəqliyyat vasitəsini saxlamış və ya yerini müəyyən etmiş orqan bu barədə dərhal uçota göndərən orqanı məlumatlandırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Məlumat-axtarış kartı – N-nin (MAK-N) tərtib edilməsi qaydaları:
– nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi və ya talanması faktları üzrə cinayət işi başlamış, habelə bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş müstəntiq (təhqiqatçı) tərəfindən MAK-N tərtib edilərək bir iş günü ərzində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsiyə (BƏSİİ) göndərilir;
– MAK-N müstəntiq və ya təhqiqatçı tərəfindən tərtib edilir, orqan rəhbəri tərəfindən imzalanaraq mərkəzləşdirilmiş qeydiyyata alınması üçün üç iş günü ərzində BƏSİİ-yə göndərilir. Beynəlxalq axtarışda olan nəqliyyat vasitələrinə dair mərkəzləşdirilmiş uçot Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunda aparılır.