Notarius depozitə qoyulmuş vəsiyyətnaməni onu təqdim edən şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən geri qaytarır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, notarius işlədiyi və fəaliyyət göstərdiyi inzibati ərazi vahidi üzrə digər notariat ofisinə mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır.