Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə məsuliyyət müəyyənləşib.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.