Səlahiyyətin təsdiqi üçün notarius aşağıdakı sənədləri tələb edir və özündə saxlayır: vəzifəli şəxsin təyin edilməsi haqqında əmr və ya seçilməsi haqqında protokoldan çıxarış, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamənin surəti, yaxud idarə başçısının adına yuxarı təşkilat tərəfindən verilmiş etibarnamə.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Vərəqədə bu təşkilatın möhürü ottiskinin nümunəsi göstərilməlidir. Təşkilatın möhürü yoxdursa, bu halı təsdiq edən müvafiq sənəd (hesabın sahibinə nisbətən yuxarı təşkilat tərəfindən verilmiş arayış və s.) təqdim olunmalıdır.