Vergi ödəyicisinin (Kredit və elektron pul təşkilatları, bank əməliyyatlarını aparan şəxslər) vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə, habelə Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə vaxtında icra edilməyən ödəmə tapşırıqlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.