Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, general Poladov yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.