Azərbaycan Respublikası notariuslarının xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Müvafiq konsul nümayəndəsinin konsul dairəsi notariusun xidmət fəaliyyəti rayonu ilə əlaqədar olduqda, notariuslar hüquqi yardım haqqında müqavilələrdə və başqa beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallarda konsul nümayəndələri ilə bilavasitə əlaqə saxlayırlar.