Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həlak olub.

Heftelik.az-ın “Malavi 24”-ə istinadən verdiyi məlumata görə, Saulos Çilima və daha 9 nəfər təyyarə qəzasında həlak olub.

Axtarış-xilasetmə əməliyyatından sonra radarlardan itən təyyarə Chikangava meşəsində tapılıb və bütün sərnişinlərin öldüyü məlum olub.