Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.