Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar ibtidai istintaq müddətinin müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən hansı qaydada uzadıla biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

– böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

– az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

– ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

– xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə.