Milli Məclisin deputatlarına və qanunvericiliyə uyğun olaraq digər vəzifəli şəxslərə müvafiq rəy (arayış) əsasında xidməti silah verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Nəzərdə tutulan rəy (arayış) və xidməti silahın saxlanılmasına, təyinatı üzrə istifadə edilməsinə dair şəhadətnamə Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq edilir. Deputatlara, vəzifəli şəxslərə, habelə silahla təltif olunmuş vətəndaşlara silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə verilərkən sağlamlıq haqqında tibbi arayış tələb olunmur və xüsusi yoxlamalar aparılmır.