İbtidai araşdırmanın aparılması zamanı müstəntiq cinayətin törədilməsinə imkan yaradan halları (səbəb və şəraiti) müəyyən etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu halları müəyyən etdikdə müstəntiq zərurət olduqda müvafiq hüquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir.