İcazə sistemi ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq xidməti və mülki silahın, döyüş sursatının dövriyyəsinə xüsusi icazənin, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və onlara nəzarət edilməsi, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatının aparılması, habelə göstərilən əşya və maddələrin itməsi, oğurlanması, təyinatından kənar istifadə hallarının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.