İcazə sistemini həyata keçirən ərazi polis orqanının hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
– Mülki silahın və sursatın saxlanılması, istifadəsi, daşınması, istehsalı, gətirilməsi, aparılması, göndərilməsi, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin keçirilməsi qaydalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
– Xidməti və mülki silahın satışına verilmiş xüsusi icazənin ləğv olunması barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi qarşısında vəsatət qaldırmaq, müvafiq qaydalara uyğun olaraq mülki silahı və sursatı götürmək;
– Xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələrinin fəaliyyəti ilə bağlı müəyyən olunmuş qaydada tədbirlər görmək.