İcra qeydi aparılarkən çekin ödənişə vaxtında təqdim olunması yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
icra qeydi ödəyicinin (bankın) çeki ödəməkdən imtina etdiyi gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir. İcra qeydi çek sahibinin arzusu ilə həm çekverən əleyhinə, həm də çek üzrə məsuliyyət daşıyan qeyd yazanlar əleyhinə aparılır.