İnzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə  və inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə görə cərimə müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

İnzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə  və inzibati aktın qəbul edilməsi, inzibati akta edilən düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın verilməməsinə görə vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.