Mülki silah notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında da vərəsələrdən birinə miras qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki silahı vərəsəlik yolu ilə əldə etmiş şəxsin xüsusi icazəsi yoxdursa o, üç ay ərzində həmin silahın saxlanılması, təyinatı üzrə istifadə edilməsi üçün xüsusi icazə almalıdır. Vərəsə xüsusi icazəni almaq istəməzsə və ya ona xüsusi icazə verilməsi məqsədəmüvafiq hesab edilməzsə o, bir ay müddətində həmin silahı başqasına bağışlamalı və ya satmalıdır. Əks halda silah ərazi polis orqanına təhvil verilməlidir.